backend

Samux bələdiyyəsində NƏLƏR BAŞ VERİR - Gəncəbasarın XƏTAİM AGASI...

Ötən və bu il ərzində biz silsilə məmur həbslərin şahidi olduq. Həmin həbslər əsasən icra başçıları korpusunu əhatə etdi. DTX-nın keçirdiyi əməliyyatlarla bağlı təqdim edilən videogörüntülərdən icra başçılarının hansı neqativliklərlə məşğul olmaları üzə çıxdı. Çox maraqlıdır ki, hələ də həmin həbslərdən düzgün nəticə çıxramayan məmurlar var. İcra başçılarının və bələdiyyə sədrlərinin rayonlarda fermerlərə süni maneələr yaratmaları danılmaz faktdır. Bir çox rayonlarla bağlı belə faktlar var ki, icra başçısları münbit torpaqları öz yaxınlarının adına keçirib, onlara daha imtiyazlı şəraitlər yaradırlar. Nəticədə əsl fermerlər bu ədalətsiz rəqabətə tab gətirə bilmir.

Rayonla əlaqəsi olan bir adam kimi deyə bilərəm ki, bir çox icra başçıları məmurlarla birləşib yerlərdəki əhaliyə  əziyyət verir. Həbs edilən və fəaliyyətdə olan bir çox icra başçıları ilə bağlı araşdırma aparanda onların tərcümeyi-halı ilə də bağlı maraqlı detallar üzə çıxır. Xüsusilə də onların ali təhsilləri ilə bağlı. Bəlli olur ki, onlar ciddi universitetlərdə təhsil almayıblar, ya da yaşlarının kifayət qədər ahıl çağında hardansa ilk ali təhsil diplomunu əldə ediblər. Onların övladları da dövlət qurumlarında yaxşı vəzifələrdə çalışır. Müəyyən istisnalar olmaqla deyə bilərik ki, onlar test edilsə, normal savadlarının olmadığı üzə çıxacaq. Çünki həmin icra başçılarının övladlarının harın həyatı ilə bağlı mediada çoxlu sayda materiallar yerləşdirilib.

Samux rayonu da belə rayonlardandır. Rayona 72 yaşlı Alı Qocayev rəhbərlik edir. Yəni Samuxu əsas talayan odur.

İyirmi ildən artıq Samux şəhər Bələdiyyəsinə sədrlik edən Xətaim Cəfərov rayonun üzdə olan oliqarxı sayılır. Bütün Samux rayon ərazisində olan sovetlərdən qalan yararlı torpaq sahələrini, ferma və digər obyektləri necə özünküləşdirib.(Şok siyahı)

Maraqlıdır ki, Xətaim aga Azərbaycanda yeganə bələdiyyə sədridir ki, mərhum anasına  “Lenin Mavzoleyi” kimi məqbərə tikdirib.

Samuxda bələdiyyə sədrinin harınlamış qardaşı oğlu quldurluq hadisəsi törədib. Belə ki, Cəfərov Vüqar Şahin oğlu marketlərə basqın edərək hədə-qorxu yolu ilə satıcılardan haqq təlb edib. Həmçinin, Bələdiyyə sədrinin qardaşı oğlu eyni gündə Samux rayonun giriş hissəsində olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə də eyni hərəkətləri törətdiyidə üzə çıxıb. Hələ ki, mətbuata açqılanmayan məlumata görə hazırda hər üç fakt üzrə Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və faktlar üzrə araşdırma işləri aparılıb. BƏS AXIRI NECƏ QURTARIB?Alı Qocayev Samux rayonuna başçı gələndən, bələdiyyə sədri Xətaim Cəfərovla əlbir olaraq rayonu öz mənafeyi xatirinə talan ediblər.ONLARI BİR-BİRİNƏ BİRLƏŞDİRƏN NƏDİR?

Yaxın saatlarda əməkdaşlarımızın hazırladıqları tənqidi araşdırma, video-süjet və fotolarda yuxarıda verdiyimiz ononslara aydınlıq gətiriləcəkdir. BİZİ İZLƏYİN.

Qaynarxett.MEDİA