backend

İstehlaka yararsız məhsullar aşkarlandı

İstehlaka yararsız məhsullar aşkarlandı






















İstehlakçıların nəzərinə!

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

qaynarxett.az xəbər verir ki, nazirlikdən oxu.az-a verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Suraxanı, Binəqədi, Sabunçu, Nəsimi, Xətai rayonlarında, Sumqayıt şəhərində, Abşeron rayonunda, Gəncə, Bərdə, Hacıqabulda, Ağdam, Oğuz, Cəlilabad, Şəkidə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Bakının Suraxanı rayonunda

- Qaraçuxur qəsəbəsi, Gənclik küçəsi, 129 ünvanında Süleyman Məhərrəmova məxsus mağazada;

Sumqayıt şəhərində

- 42-ci məhəllə, 4 ünvanında Zöhrə Məmmədovaya məxsus mağazada;

- 8-ci mikrorayon, 10A ünvanında Elmira Əliyevaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 5-ci döngə, 50 ünvanında Əlsəfa Qarayevə məxsus mağazada;

Xətai rayonunda

- Cavanşir küçəsi, 15C ünvanında Ramil Abbasova məxsus mağazada;

Sabunçu rayonunda

- Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 12 ünvanında Kamil Məmmədova məxsus mağazada;

Sumqayıt şəhərində

- 42-ci məhəllədə Zaur İbrahimliyə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Nəsimi rayonunda

- C.Səlimov küçəsi, 3004-cü məhəllə, 16 ünvanında Siyavuş Abdullayevə məxsus mağazada;

Suraxanı rayonunda

- Hövsan qəsəbəsində Şəhla Qasımovaya və Mübariz Səfərəliyevə məxsus mağazalarda;

Sumqayıt şəhərində

- 8-ci mikrorayon, 10C ünvanında Xurşud Səmədova məxsus mağazada;

Abşeron rayonunda

- Atyalı yaşayış massivində Mənsurə Quliyevaya məxsus mağazada;

Gəncə şəhərində

- Ü.Hacıbəyov küçəsi, 144 ünvanında Mətanət Talıbovaya məxsus mağazada;

- Mahrasa Bağı qəsəbəsində Vüqar Muxtarova məxsus mağazada;

Bərdə şəhərində

- Koroğlu küçəsində Eldəniz Qurbanova məxsus mağazada;

Hacıqabul şəhərində

- M.Müşfiq küçəsində Valeh Qəzənfərova məxsus mağazada;

Quba rayonunda

- 2-ci Nükədi kəndində Dilarə Məmmədovaya məxsus mağazada;

- Quba şəhəri, 22-ci məhəllədə Mövlud Əliyevə məxsus mağazada;

Cəlilabad şəhərində

- Qurtuluş prospektində Həbib Şahverdiyevə məxsus mağazada;

Şəki şəhərində

- S.Rəhman küçəsində Natiq İbrahimova məxsus mağazada;

Oğuz rayonunda

- Kərimli kəndində Çilxan İbrahimova məxsus mağazada;

Ağdam rayonunda

- Rzalar kəndində İfadə Vəliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.