backend

Qohumu Zakir Quliyevə güvənən Elman Nuriyev dövət vəsaitini BELƏ TALAYIR - ŞOK FAKTLAR

Bəri başdan qeyd edək ki, aşagıda haqqında araşdırma apardıgımız Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin rəisi Elman Nuriyevin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyevin yaxın qohumu oldugu bildirilir.

O, ASC-nin əsas qurumlarından biri sayılan bu idarəni uzun müddətdir idarə edir. Elman Nuriyev çilingərlikdən, sadə mühəndislikdən və s kecərək nəhayət kecmiş sədr Əhməd Əhmədzadənin sayəsində idarə rəisi olub. Elman Nuriyev dövlətin bu boyda idarəsini öz qohum-əqrəbasının ixtiyarına verib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağazası vasitəsilə "silindiyi" söylənilir. Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində ola bilməz.

Təsəvvür edirsiniz dövlət vəsaiti hesabına alınan texnikalar sıradan çıxardılır və öz şirkətlərinə məxsus texnikalar guya icarəyə götürülür... özü də görünməyən qiymətə. Və bircə texnikanın istifadəsinə görə ayda 8-10 min manat pul silinir. Yəni dövlətin ayırdığı vəsaitlər ayrı-ayrı şirkətlər vasitəsi ilə şəxsi ciblərə gedir. Sonra da deyirlər ki, Kür sahilindəki kəndləri sel-su basdı. Bu adamlar anlamır ki, kəndləri sel-su basmır ee, Elman Nuriyevin dağıtdığı vəsaitlərin seli basır. Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür? Axı, xırda bir araşdırma ilə dövlətə nə qədər ziyan dəydiyini müəyyən etmək olar.

Və ən dəhşətlisi odur ki, Elman Nuriyevin timsalında eyni vəziyyət bütün rayonlarda oxşardır. Növbəti yazıda digər rayonlardakı vəziyyəti təhlil edəcəyik.

Elman Nuriyevin sədr müavinin sayəsində uzun illərdir rəhbərlik etdiyi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sel sularının, daşqınların qarşısının alınması məqsədi ilə dövlətin il ərzində ən çox vəsait ayırdığı qurumlardan biri olduğunu bəlkə də çox az adam bilir. Qeyd edək ki, bu idarəyə Respublikmızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi üçün hər il külli miqdarda vəsitlər ayrılır. Məlumatlara görə bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə  xərclənmir. Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də rəis Elman Nuriyev tərəfindən bu yollarla mənimsənilir.

Burada külli miqdarda dövlət vəsaitini müxtəlif yollarla kənarlaşdırmaq çox asandır. Elə Zakir Quliyev də vaxtı ilə, hələ ictimai nəzarətin o qədər də güclü olmadığı dönəmlərdə burada özünə var-dövləti məhz bu yollarla toplaya bilib. İndi isə eyni yolu təbii ki, onun qohumu Elman Nuriyev gedir. Məlumatlara görə idarəyə lazım olan mal-materialların, texniki avadanlıqların, maşın-mexanızmlərin ehtiyyat hissələrinin satın alınması üçün heç bir tender keçirilmir, birbaşa müqavilə yolu ilə alınırmış. Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi də nəhayət, satınalmalara baş vurub, tender keçirməyə məcbur olub. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istərdik.

Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi tərəfindən maşın mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 239 507.99 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Cari təmir, daş-betonla sahil bərkitmə işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 1 046 132.16 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 31.07.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1, qanuni təmsilçisinin isə Haxıyev Yusif Camal oğlu olduğu göstərilir.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin satınalma müqaviləsi bağladığı “SEVİNC-96” MMC-nin dövlətə olan vergi borcu 23 948.35 manat təşkil etmişdir. Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.

Əsaslı təmir, daş-betonla sahil bərkitmə işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 6 175 511.24  manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 17.10.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 36572  manat olan MMC-nin hüquqi ünvanı SALYAN RAYONU, QARABAĞLI, qanuni təmsilçisinin isə Abbasov Qurban İsmayıl oğlu olduğu göstərilir.

Əsaslı təmir uzrə torpaq işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 538 600.77  manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 27.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SABİRABAD RAYONU, BULAQLI, qanuni təmsilçisinin isə  İbrahimov Elşad Əfqan oğlu olduğu göstərilir.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin satınalma müqaviləsi bağladığı “MELİORATİV MAŞIN STANSİYASI” MMC-nin dövlətə olan vergi borcu 2471.80 manat təşkil etmişdir. Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.

Göründüyü kimi Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi tərəfindən “SEVİNC-96” və “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə müqavilələr bağlanarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki, qeyd etdiyimiz MMC-lərin Dövlət Vergi Xidmətinin məlumatlarından göründüyü kimi müqavilə bağlanarkən ödənilməmiş vergi öhdəliyi olduğu açıq-aydın göstərilir. Qeyd edək ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsinin “SEVİNC-96” və “İLKİN-N”  MMC-lər ilə daim işbirliyində olması ayrılan vəsaitlərin təyinatından kənarlaşdırılması ehtimalını artırır.

Əldə etdiyimiz məlumatlara görə 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılmasına ayrılmış milyonlarla manat dövlət vəsaitləri də Şirvan zonasında Hacı Qurban kimi tanınan, ”İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qurban Abbasovun və “SEVİNC-96” MMC-nin adını hallandırmaq istəmədiyimiz qeyri rəsmi sahibinin əli ilə talan edilib. Təbii ki, Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan vəsaitləri təyinatı üzrə xərcləsəydi baş vermiş fəlakətin miqyası da bu qədər böyük olmazdı. Göründüyü kimi rəhbərliyin dəyişməsinə baxmayaraq sədr müavini Zakir Quliyevlə qohumu Elman Nuriyevin hazırki vəziyyəti heç də pis deyil. Daş-betonla sahil bərkitmə işlərinə ayrılmış 6 milyondan az da olsa payları olacaq.

ARDI VAR...

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.