backend

Tərtərin başcısı "KORUN GÖZÜNƏ YAYLIQ ACIR"... - Bu nədi BELƏ?

Cəmiyyətin dəqiq-dürüst məlumatlandırılmasına görə, jurnalistləri təhdid etməklə və basqıya məruz qoymaqla Tərtər rayonunun icra başçi Müstəqim Məmmədov nə demək istəyir. Peşə fəaliyyətini yerinə yetirən jurnalistləri Tərtər rayon polis idarəsinə apartdıran Müstəqim Məmmədov, bəlkə də bununla öz çirkin əməllərini ört-basdır etmək istəyib! Kiçik padişah Tərtər rayonunda harada boş yer görsə, tez oranı qamarlayıb hasara aldırır və hansısa idarələrin hesabına, qayınanasının adına inşa elətdirir. Əgər kimsə öz haqqını tələb etsə və yaxud yuxarılara müraciətlər etsə o adamın vay halına. Çünki həmin adam ya narkoman kimi, ya da dövlətə xəyanətdə suçlandırılaraq həbs olunacaq.

İnsanların güzəranını düşünməyən Müstəqim Məmmədov, yalnız və yalnız öz imperiyasını qurmaqdadır. Şəhid ailələri ilə, qazilərlə reklam xarakterli görüşlər keçirən icra başçısı, bir neçə il bundan qabaq birinci Qarabağ müharibəsi şəhidi Mehrac Mahmudovun oğlunu həbs etdirmişdi. Öz haqqını tələb edən şəhid oğlu Ziya Mahmudov narkoman damğasıyla həbs olunmuş, başçının göstərişilə bütün imtiyazlardan məhrum olunmuşdur. Həftədə iki-üç vətəndaş qəbulu keçirən Müstəqim Məmmədov "üzdə mələk, xalqa kələk"liyindədir. İkinci Qarabağ müharibəsi şəhidi, on bir ay komada qalan Yaqub Qəhrəmanlının bir dəfə də olsun qapısını açmayan Müstəqim Məmmədov "korun gözünə yaylıq asır".

Ardı var...

Namiq Məmmədli,
xüsusi müxbir.


Qaynarxett.az