Təqdirəlayiqdir ki, ötən həftədən başlayan və 194 ölkədən 5000-dən çox iştirakçını cəlb edən konfransda Türkiyənin UNESCO-dakı Daimi Nümayəndəsi səfir Gülnur Aybet ətraflı çıxış etmiş və bütün türk dövlətlərinə və xalqlarına verdikləri töhfələrə görə təşəkkür edibdir.
Məlumdur ki, dil insanlar üçün yalnız ünsiyyət vasitəsi deyil, həm də sivilizasiyaların daşıyıcısıdır. Bildiyimiz kimi bugün dünyada Türk dili ailəsi geniş bir coğrafiyada 200 milyondan çox insanın danışdığı bir dildir. Türk dili ailəsinin ortaq tarix və dəyərlərlə formalaşan zəngin mədəni irsə malik olması da bu dilin nə qədər zəngin və qədim tarixə malik olduğunu sübut edir. Bu günün məhz 15 dekabr günü seçilməsinin simvolik əhəmiyyəti isə 8-ci əsrə aid Orxon Yazılarının ilk dəfə deşifrə edildiyi gün ilə əlaqəlidir.Bu tarix təkcə türk sivilizasiyalarının ortaq mədəni və bədii irsini simvolizə etmir, həm də xalqlar arasında yaxınlaşmanı və mədəni dialoqu təşviq edən bir gün kimi seçilir.
15 dekabr "Beynəlxalq Türk Dili Ailəsi Günü" mübarək və əbədi olsun!
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı




