Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı və şanlı ordumuzu təbrik edib.
Deputatın təbrik bəyanatında deyilir:
“26 İyun – Silahlı Qüvvələr Günü dövlətçilik tariximizin ən qürurlu, ən şərəfli günlərindən biridir. Bu gün fəxrlə deyə bilərik ki, regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilən Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün sarsılmaz qalasıdır.
Bizim ən böyük gücümüz Ordu, Dövlət və Xalq vəhdətindədir. Məhz bu sarsılmaz birlik və dövlətçilik iradəsi xalqımıza tarixi Zəfərlər qazandırıb və bu gün də milli maraqlarımızın ən etibarlı təminatçısı rolunda çıxış edir.
Bu müqəddəs bayram günündə Vətən naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə uzun ömür, cansağlığı arzulayıram. Sərhəddə, səngərdə ölkəmizin təhlükəsizliyini qoruyan rəşadətli əsgər və zabitlərimizi ürəkdən təbrik edir, onlara yeni xidməti uğurlar diləyirəm. Silahlı Qüvvələr Günümüz mübarək olsun!”
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




