backend

“Neftçi” yeni mövsümə qələbə ilə başladı – Müşfiq Məmmədli qarşılaşmanı izləyib

Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk turun qarşılaşmalarından biri “Sumqayıt” və “Neftçi” komandaları arasında keçirilib.

Qaynarxett.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Məmmədli də “SOCAR Polymer Arena”da baş tutan görüşü canlı izləyib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Neftçi” rəqibini 3:1 hesabı ilə məğlub edərək yeni mövsümə qələbə ilə başlayıb.
Müşfiq Məmmədli görüşdən sonra yeni mövsümün bütün iştirakçılarına uğurlar arzulayıb:
“Yeni mövsümün bütün iştirakçılarına uğurlar, komandalarımıza isə bol qələbələr arzulayıram!”
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turu çərçivəsində keçirilib.