backend

Fatma Yıldırım Bərdədə vətəndaşların müraciətlərini dinlədi

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində növbəti vətəndaş qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı Bərdə sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan problemlər və təkliflər diqqətlə nəzərdən keçirilib, müraciətlərin aidiyyəti üzrə araşdırılması və mümkün həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Deputat vətəndaşlarla birbaşa görüşlərin onların müraciətlərinin yerində dinlənilməsi, mövcud problemlərin daha yaxından öyrənilməsi və həlli istiqamətində konkret addımların atılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Fatma Yıldırım Bərdə sakinlərinin müraciətlərinin diqqətdə saxlanılacağını və qaldırılan məsələlərin aidiyyəti dövlət qurumları ilə birgə həlli istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.