Milli Məclisin deputatı Pərvin Kərimzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ilk raket hücumunun ildönümü ilə bağlı paylaşım edib.
Qaynarxett.az xəbər verir ki, deputat bildirib ki, 2020-ci il oktyabrın 4-də Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirilib. Cəbhə zonasından kənarda yerləşən şəhərdə mülki əhali hədəfə alınıb.
Həmin hücum nəticəsində Gəncə sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən 30-dan çox ev tamamilə dağılıb, 100-dən artıq yaşayış evinə və 10-a yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.
Pərvin Kərimzadə qeyd edib ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya atəşinə tutulub.
Hücumlar nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Deputat paylaşımının sonunda şəhidlərin xatirəsini yad edib:
“Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
Siyasət






