4 oktyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Müzəffər Azərbaycan Ordusu 27 illik işğala son qoyaraq Cəbrayıl şəhərini və rayonun bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi.
Cəbrayılın azad olunması Vətən müharibəsində mühüm strateji əhəmiyyət daşıdı və sonrakı hərbi əməliyyatlar üçün geniş imkanlar yaratdı. Qədim Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağının dalğalanması isə Böyük Qələbəmizin rəmzlərindən birinə çevrildi.
Bu gün Cəbrayıl yenidən qurulur, dirçəlir və öz doğma sakinlərini bağrına basır. Şəhərdə və kəndlərdə müasir yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, yollar, sənaye və enerji infrastrukturu yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdaraq burada yeni həyata başlayır.
Bu əlamətdar gün münasibətilə bütün Cəbrayıl sakinlərini təbrik edir, doğma torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Milli Məclisin deputatı
Müşfiq Məmmədli
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






