backend

Bakıda daha bir ərazidə ağaclar KƏSİLDİ - VİDEO

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində, “DOST” kafesinin yaxınlığında ağaclar kəsilib.

“Bakupost” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda ərazinin ağaclar kəsilməzdən əvvəlki və sonrakı vəziyyəti əks olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Bakupost”a bildirdi ki, nazirlik ağacların kəsilməsi faktı ilə bağlı məlumatlıdır:

"Hazırda nazirliyin əməkdaşları tərəfindən ərazidə araşdırma aparılır".