backend

“DEYİRƏM, KÖNÜL XANIM, KÜÇÜKLƏR ÖLƏSƏK...” - ŞİKAYƏTÇİNİN İDDİALARI VİDEOda

İsmayıllı rayon sakini Səfərəliyev Şahin Sahib oğlu Göyçay rayonunda sahibsiz heyvanlar sığınacağında işləməsi ilə bağlı yaşadığı problemlərdən şikayətlənir.

Şikayətçinin sözlərinə görə, o, sığınacaqda maddi-məsul şəxs kimi fəaliyyət göstərən Könül Mustafayeva ilə danışaraq işə qəbul olunub. İddiaya görə, ona 24 saatlıq iş rejimi müqabilində gündəlik yemək və siqaret, aylıq isə 700 manat əməkhaqqı vəd edilib.

Şahin Səfərəliyev bildirir ki, 13 gün fasiləsiz, günün altında işlədikdən sonra evinə qayıdıb. Onun sözlərinə görə, Könül Mustafayeva onu öz sürücüsü ilə yola salaraq əməkhaqqının kartına köçürüləcəyini bildirib. Lakin şikayətçinin iddiasına görə, sonradan əməkhaqqının ödənilməsi ilə bağlı problem yaranıb.

Məsələ ilə bağlı şikayətçinin səsləndirdiyi fikirlər videoda təqdim olunur.

Hadisənin digər tərəfinin, xüsusilə Könül xanımın mövqeyini dərc etməyə və məsələ ilə bağlı aidiyyəti qurumların münasibətini təqdim etməyə hazırıq.


Qeyd: Videoda səsləndirilən fikirlər şikayətçinin iddialarıdır və onların hüquqi qiyməti yalnız müvafiq araşdırmadan sonra müəyyən edilə bilər.

Qaynarxett.az