backend

Müşfiq Məmmədli Qubada şəhid qardaşının hərbi xidmətə yola salınmasında iştirak edib – FOTO

Milli Məclisin deputatı Müşfiq Məmmədov Quba rayonunun Qam-Qam kəndində şəhidimiz Abdullayev Elməddin Telman oğlunun qardaşı Abdullayev Eminin hərbi xidmətə yola salınması münasibətilə təşkil olunan yığıncaqda iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə çıxış edən Müşfiq Məmmədov Eminə Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirməyi, möhkəm iradə, şərəfli xidmət və ən əsası, hərbi xidməti başa vuraraq sağ-salamat ailəsinə qayıtmağı arzulayıb.
Deputat bildirib ki, bir qardaşın şəhidlik zirvəsinə ucaldığı bir ailədən digər qardaşın Vətənə xidmət etmək üçün yola düşməsi böyük qürur və fəxarət hissidir.
Şəhid Elməddin Abdullayevin müqəddəs xatirəsinin daim yaşayacağı vurğulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!