“ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”-nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azadetmə müddətinin uzadılması barədə bildiriş, Konqreslə yanaşı, Senata da göndərilib”. Bunu Olaylar-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: “Mövcud qanun 1992-ci ildə, əsassız şəkildə qəbul edilmiş və tamamilə ləğvi mümkün olmamışdır. 2001-ci ildən bəri Konqres tərəfindən ABŞ prezidentinə bir illik müddətinə qanunun icrasını əngəlləyən səlahiyyət verilir. Dövlət başçısı isə, həmin qanunun icrası barədə Konqresə və Senata məlumat verir.
Bəllidir ki, ABŞ Konqresində erməni diasporasını dəstəkləyən, onlara lobbiçulik fəaliyyəti göstərən kifayət qədər ciddi qüvvələr var. Onların, Konqresin qəbul etdiyi qərarlara təsir imkanlarını inkar edə bilmərik. Eyni zamanda, Prezident İlham Əliyevin apardığı siyasət, onun beynəlxalq nüfuzu, şəxsən Ağ Evin indiki sahibi Donalq Trampla şəxsi dostluğu nəticəsində Azərbaycana dost olmayan qüvvələr neytrallaşdırılıb. Cənab Prezidentin ötən ilki Amerika səfəri, imzalanan sənədlər, Azərbaycan-ABŞ münasibətlərinin səviyyəsinin göstəricisidir. Əvvəlki administrasiyanın zamanında pozulmuş münasibətlər bərpa olundu. Bu gün məsuliyyətlə demək olar ki, Azərbaycan Cənubi Qafqazda ABŞ üçün ən vacib strateji tərəfdaşdır. Yeni Dünya nizamının formalaşdığı bir dövrdə, bəzi xarici ölkələrdən gələn təhdidlərin neytrallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Müasir dünyada hər bir ölkə ABŞ-la əməkdaşlıqda maraqlıdır. Şübhəsiz ki, bunu müsbət dəyərləndirirəm”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Sosial









