Qəbul zamanı sakinlər fərdi müraciətləri ilə yanaşı, Corat qəsəbəsinin infrastrukturunun yaxşılaşdırılması ilə bağlı mövcud problemləri və təkliflərini deputatın diqqətinə çatdırıblar.
Zaur Şükürov hər bir müraciəti diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və aidiyyəti dövlət qurumları tərəfindən baxılması üçün qeydiyyata alındığını bildirib.
Deputat vətəndaşlarla birbaşa ünsiyyətin problemlərin operativ həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb və bu cür səyyar qəbulların davam etdiriləcəyini qeyd edib.






