backend

ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır – DEPUTAT

“ŞƏT planetin şərq yarımkürəsini əhatə edən ən geniş əməkdaşlıq formatıdır. Odur ki, yalnız Şərq ölkələri deyil, əslində bütün Avrasiya ölkələri ŞƏT ilə münasibətlər qurmaq və əməkdaşlıq etməyə səy göstərirlər”.

Qaynarxett.az xəbər verir ki, bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
“Qlobal əməkdaşlıq müstəvisində Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycanın da bu təşkilatda yer alması və çoxtərəfli əsasda fəal əməkdaşlıq siyasəti yürütməsi təbiidir və ölkəmizin iqtisadi inkişafı və siyasi münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan respublikaları ŞƏT-nin təsisçiləri sırasında yer alırlar. Bu Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olması Azərbaycan-ŞƏT əlaqələrini də daha yaxın, daha etibarlı və daha faydalı edir. Azərbaycanın ŞƏT çərçivəsində fəal əməkdaşlığı eyni zamanda TDT çərçivəsində müttəfiqi olduğu Mərkəzi Asiya dövlətləri ilə daha səmərəli işbirliyi yaratmağa və daha yüksək nəticələr əldə etməyə təkan verir”.
Deputatın sözlərinə görə, bununla da, Azərbaycan və Mərkəzi Asiya türk dövlətləri TDT çərçivəsindəki müttəfiqlik münasibətlərini ŞƏT daxilindəki daha geniş formatlı əməkdaşlıqla daha da möhkəmləndirmiş olur:
“Son nəticədə bu həm TDT üzv dövlətlərinin hər birinin və həm də bütövlükdə təşkilatın beynəlxalq nüfuzunu və mövqeyini gücləndirir. Bu baxımdan Prezident İlham Əliyevin ŞƏT-lə əməkdaşlıq münasibətlərini Mərkəzi Asiyanın türk dövlətləri ilə müttəfiqlik münasibətləri platformasında birləşdirmək siyasəti unikal və TDT üçün olduqca səmərəli bir paradiqmadır. Bu kimi çoxtərəfli qarşılıqlı əməkdaşlıq modeli həm qloballaşmanın müasir trendlərinə uyğundur və həm də qlobal proseslər fonunda milli maraqların qorunmasını təmin edir”.