Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament rəhbərliyində etdiyi son dəyişiklik və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə barədə fikirlərini bölüşüb.
Deputat bildirib ki, Ermənistan parlamentinin yeni sədrinin təyin olunması ölkənin geosiyasi kursunun dəyişməsi kimi təqdim edilsə də, bunun simvolik məna daşıdığı iddiaları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, parlamentin yeni sədri Ruben Rubinyan da anti-Azərbaycan mövqeyi ilə tanınır və Türkiyə ilə apardığı danışıqlarda əsas məqsədlərdən biri Bakı ilə Ankara arasında fikir ayrılığı yaratmaq olub. Lakin bu cəhdlər nəticəsiz qalıb.
Sahib Alıyev xatırladıb ki, Ruben Rubinyan 2024-cü ilin yanvarında AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səsvermə və təmsilçilik hüquqlarının məhdudlaşdırılması təşəbbüsünü ən fəal şəkildə dəstəkləyən şəxslərdən biri idi.
Deputat diqqətə çatdırıb ki, bu dəfə Ukrayna nümayəndə heyətinin mövqeyi fərqli olub. Onun sözlərinə görə, Ukrayna nümayəndələri Oleksiy Qonçarenko və Tamila Taşeva Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməni açıq şəkildə tənqid ediblər. Sahib Alıyev bunu müsbət hal kimi qiymətləndirərək, obyektiv mövqe nümayiş etdirdiklərinə görə hər iki nümayəndəyə təşəkkür edib.
Deputat vurğulayıb ki, AŞPA-nın 24 iyun 2026-cı il tarixində qəbul etdiyi qətnamə Azərbaycanın öz suveren hüquqlarına qarşı yönəlmiş əvvəlki sənədlərin davamıdır. Onun fikrincə, bu addım təkcə Azərbaycanla münasibətlərə deyil, həm də Avropa İttifaqının regiondakı maraqlarına mənfi təsir göstərir.
Sahib Alıyev əlavə edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin regiona səfəri ərəfəsində qəbul edilən bu qərarlar konstruktiv dialoqa xidmət etmir. O, məsələ ilə bağlı geniş təhlilini “Qərbi Azərbaycan TV”də yayımlanacaq “8-ci Gün” proqramında təqdim edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / maraqli / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət





