Şikayətçinin sözlərinə görə, 2023-cü ildən etibarən Həmid Allahverdiyev ona müxtəlif vədlər verərək ümumilikdə 135 min manat məbləğində maddi ziyan vurub. İddia olunur ki, həmin vəsaitin 80 min manatı TikTok platformasında oyunlara sərf etdirilib. Şikayətçi bildirir ki, ona oyundan avtomobil udulacağı və həmin avtomobilin ona veriləcəyi vəd edilsə də, bu baş verməyib.
Bundan əlavə, iş adamı iddia edir ki, daha 15 min manat kazino oyunlarında uduzulub və oyunlardan əldə edilən gəlirlər Həmid Allahverdiyevə gedib.
Həsənova bildirib ki, Həmid Allahverdiyevə uzun müddət maddi və mənəvi dəstək göstərib. Onun sözlərinə görə, qarşı tərəf heç vaxt evlənməyəcəyini və birlikdə yaşayacaqlarını desə də, sonradan evlənib. Şikayətçi hesab edir ki, bu müddət ərzində etibarından sui-istifadə edərək ondan yalnız maddi məqsədlərlə bəhrələnib.
Qeyd edək ki, bu məlumatlar şikayətçi Həsənovanin iddialarına əsaslanır. Hazırda Həmid Allahverdiyev tərəfindən bu ittihamlarla bağlı ictimaiyyətə açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Paytaxt.org













