backend

Fatma Yıldırım Bərdə seçicilərinin növbəti onlayn qəbulunu keçirdi

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonundan olan seçiciləri ilə növbəti onlayn vətəndaş qəbulu keçirib.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən sosial məsələlər, problemlər və müxtəlif təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Deputat bildirib ki, səsləndirilən hər bir müraciət diqqətlə qeydə alınıb və aidiyyəti üzrə nəzarətə götürülüb.
Fatma Yıldırım vurğulayıb ki, vətəndaşlarla mütəmadi ünsiyyətin qurulması, onların problem və təkliflərinin birbaşa dinlənilməsi deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, daxil olan hər bir müraciətə həssas yanaşılacaq və imkanlar çərçivəsində həllinə dəstək göstərilməsi davam etdiriləcək.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən Bərdə rayon sakinləri 055 420 80 40020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.