backend

Milli Məclisin deputatı Fatma Yıldırım vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində vətəndaşlarla növbəti görüşünü keçirib.

Səmimi və açıq şəraitdə baş tutan qəbul zamanı sakinlərin problemləri, təklifləri və gözləntiləri birbaşa dinlənilib. Deputat bildirib ki, əsas məqsəd hər bir müraciətin diqqətlə araşdırılması və real nəticəyə yönəlməsidir.

Qəbul zamanı səsləndirilən məsələlərin nəzarətə götürüldüyü, aidiyyəti qurumlarla birgə həlli istiqamətində işlərin davam etdiriləcəyi qeyd olunub. Vurğulanıb ki, vətəndaşlarla birbaşa ünsiyyət etimadın möhkəmlənməsinə və düzgün qərarların qəbuluna xidmət edir.

Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər 055 420 80 40 və 020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.