backend

Fatma Yıldırım Bərdədə vətəndaşlarla görüşüb, müraciətlər yerində araşdırılıb

Milli Məclisin deputatı Fatma Yıldırım aprelin 18-də Bərdə rayonunun Yeni Əyricə kəndində Yeni Əyricə və Əyricə kənd sakinləri ilə növbəti vətəndaş qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılmasına başlanılıb. Bildirilib ki, vətəndaşlar tərəfindən səsləndirilən problemlərin operativ şəkildə aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə iş aparılır.

Deputat qeyd edib ki, insanların sosial rifahının yaxşılaşdırılması, onların qayğı və problemlərinə həssas yanaşılması əsas fəaliyyət prioritetlərindən biridir.

Növbəti vətəndaş qəbullarında iştirak etmək istəyən şəxslər 055 420 80 40 və 020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.