backend

Deputat Fatma Yıldırım Bərdədə vətəndaş qəbulu keçirib

Martın 14-də Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunda növbəti vətəndaş qəbulu keçirib. Görüş zamanı rayon sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər diqqətlə araşdırılıb, səsləndirilən fikir və təkliflər müzakirə olunub.

Qəbul zamanı qaldırılan problemlərin həlli istiqamətində müraciətlər qeydiyyata alınıb və aidiyyəti qurumlarla birlikdə araşdırılması üçün müvafiq addımların atılacağı bildirilib. Deputat vətəndaşların hər bir müraciətinə həssas yanaşılmasının və problemlərin operativ həllinə nail olunmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, növbəti vətəndaş qəbullarında iştirak etmək istəyən şəxslər 055 420 80 40020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.