Kitabın elmi rəyçiləri akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Oftalmologiya” kafedrasının professoru, tibb elmləri doktoru Nigar Qurbanovadır. Dəyərli elmi rəylərinə və tövsiyələrinə görə onlara dərin təşəkkürümü bildirirəm.
Bu dərs vəsaitinin əsas məqsədi konyunktivitlərin müasir klinik yanaşmalar əsasında diaqnostikası və müalicəsi ilə bağlı elmi-praktik bilikləri sistemləşdirərək tələbələrə, rezidentlərə və həkim-oftalmoloqlara faydalı mənbə təqdim etməkdir.
Təqdimat zamanı kitab iştirakçılara hədiyyə olundu. Görüş maraqlı sual-cavab və müzakirələrlə yadda qaldı.
ATU nun Oftalmologiya kafedrasının müdiri ,
professor Paşa Qəlbinura tədbirə şərait yaratdığına və maraqlı elmi müzakirəyə görə təşəkkür edirəm.
Həmkarlarım Aysel Qəlbinur,Hafiz Qəhrəmanov, Aybəniz Abdullayeva, Vəfa Nəsirova, Rəhman Allahverdiyev, Solmaz Əliyeva və digər həmkarlarım dəyərli fikirlərini bölüşərək suallarını səsləndirdilər, eyni zamanda yeni nəşr münasibətilə xoş arzularını çatdırdılar.
Səmimi təbriklərə, dəyərli rəylərə və müzakirələrə görə bütün həmkarlarıma təşəkkür edir, kitabın oftalmologiya sahəsində çalışan mütəxəssislər və gələcək həkimlər üçün faydalı olacağına inanıram.





