Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Ümumilli lider Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdir: "Zərifə xanım, Azərbaycan tibb elminə öz töhfəsini vermiş, xalqımıza sağlamlıq baxımından mühüm işlər görmüş bir alimdir. O, həm praktik həkim, həm də təhsilini gələcək nəsillərə ötürməkdə önəmli rol oynamışdır. Zərifə xanımın tibb sahəsindəki fəaliyyətləri Azərbaycanın elm və səhiyyə tarixində öz layiqli yerini tutacaqdır." Cənab Prezident İlham Əliyev isə Zərifə Əliyeva haqqında söyləmişdir: "Zərifə xanım, həm tibb sahəsində, həm də cəmiyyətdə insanların sağlamlığı üçün göstərdiyi xidmətlərlə yadda qalacaq bir şəxsiyyət idi. Onun həyat yolunun hər bir addımı, Azərbaycanda səhiyyənin inkişafına böyük töhfələr vermişdir.”
YAP Mingəçevir şəhər təşkilatının sədri








