Parlamentlər hökumətlərarası dialoqu tamamlayan, qarşılıqlı etimadın möhkəmləndirilməsinə, ictimai-siyasi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına töhfə verən mühüm platformadır. Hesab edirəm ki, Azərbaycan–İsveçrə münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm potensiala malikdir. Parlament diplomatiyası, ilk növbədə, obyektiv məlumat mübadiləsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və stereotiplərin aradan qaldırılmasına xidmət etməlidir. Azərbaycan–İsveçrə parlamentlərarası işçi qrupunun əsas prioritetləri də məhz bu istiqamətlərdə əlaqələrin genişləndirilməsi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi, komitələrarası əməkdaşlığın inkişaf etdirilməsi və parlamentlər arasında institusional dialoqun gücləndirilməsi olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–İsveçrə Parlamentlərarası işçi qrupunun rəhbəri Rizvan Nəbiyev söyləyib.
O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra İsveçrə parlamentində ölkəmizə qarşı qəbul olunan qətnamə və irəli sürülən təşəbbüslər, çox təəssüf, müsbət nəticələrə xidmət etmir. Bəzi parlamentarilərin bu cür təşəbbüsləri regiondakı reallıqlardan uzaqdır, beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və sülh prosesinə ciddi maneə yaradır. Belə yanaşma Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına, eyni zamanda, Azərbaycan–İsveçrə əlaqələrinin inkişafına mənfi təsir göstərir. Bu parlamentarilər anlamalıdırlar ki, birtərəfli və dardüşüncəli mövqelər nə regionda sülhün möhkəmlənməsinə, nə də Azərbaycan–İsveçrə münasibətlərinin inkişafına uyğundur.
“Parlament diplomatiyasının əsas missiyası dialoqu təşviq etmək, qarşılıqlı etimadı gücləndirmək və uzunmüddətli sülhə töhfə verməkdir. Məhz bu yanaşma həm Azərbaycan–İsveçrə münasibətlərinin inkişafına, həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə real töhfə verə bilər. Xüsusilə qeyd etmək istərdim ki, belə qətnamələrdən birinin müzakirəsindən əvvəl Milli Məclis məktubla İsveçrə Federal Məclisinin deputatlarına, həm Milli Şuranın, həm də Kantonlar Şurasının müvafiq komitələrinə müraciət edib. 2024-cü ilin noyabrında hökumətin də iştirakı ilə keçirilən müzakirə zamanı İsveçrə Federal Şurasının üzvü, xarici işlər naziri İqnasio Kassis Azərbaycan–Ermənistan normallaşma prosesi və sülh gündəliyi ilə bağlı kifayət qədər obyektiv və balanslı mövqe nümayiş etdirərək, regionda sülhün yalnız birbaşa dialoq və qarşılıqlı razılaşmalar əsasında mümkün olduğunu vurğulayıb. Bu mövqe İsveçrənin ənənəvi neytrallıq siyasəti ilə də uzlaşır”, - deyə R.Nəbiyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Sosial






