Qaynarxett.az xəbər verir ki, görüşlər zamanı sürüşmədən sonra yol tikintisi layihələrinin həyata keçirildiyi ərazilərdə çalışan yerli sakinlərlə fikir mübadiləsi aparılıb. Layihələrin icra vəziyyəti, görülən işlərin istiqamətləri və növbəti mərhələlər barədə müzakirələr keçirilib.
Səyyar görüşlər çərçivəsində deputat Afurca kəndində kənd təsərrüfatı ilə məşğul olan, fərdi təsərrüfatlarını inkişaf etdirən sakinlərlə də görüşüb. Vətəndaşların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müşfiq Məmmədli bildirib ki, vətəndaşlarla birbaşa təmasda olmaq, onların müraciət və təkliflərini yerində dinləmək həyata keçirilən işlərin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşlər zamanı qaldırılan məsələlərin aidiyyəti qurumlarla müzakirə olunacağı və diqqətdə saxlanılacağı qeyd edilib.






