backend

Sağlığında söyürlər, öləndən sonra öyürlər… – Səbəb nədir?

Adətən, deyirlər: “Ölülər haqqında yaxşı danışırlar, ya da heç nə danışmırlar”.
 
COVID-19 pandemiyası başlayandan bəri Azərbaycanda tanınmış simaların sıraları seyrəlib. Son 3 ildə ölüm neçə-neçə media simanın həyatına son qoyub. Sağlığında tez-tez tənqid hədəfə olmuş həmin şəxslər barədə ağız dolusu tərif yağdıranların bəzisi əvvəllər onların ünvanına sancılı ifadələr işlədib.

“SOY prodakşn”ın mərhum rəhbəri Oqtay Əliyev də bu sarıdan istisna deyil.

“Atalar deyib ki, gərək insana diriliyində qiymət verəsən, öldükdən sonra nə mənası?!”

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova deyib.

O, vəfat edən insanların ardınca söylənilən müsbət fikirlərdən, habelə sağlığında dəyər görməyən insanların öldükdən sonra təriflənilməsindən söz açıb:

“Ümumiyyətlə, insanlar bir-birinə bu gün qayğı və diqqət göstərmirlər. Çünki problemlər onların başını o qədər qatır ki, hərə fikrini öz işinə yönəldir.

Heç qohumlar belə bir-birinin evinı gəlib-getmir, bir-biriini yad etmir, unudurlar. Yalnız dünyasını dəyişdikdə hamı 3 gün bir yerə toplaşır.
Hər bir insan güman edir ki, ölüm yalnız qonşuda baş verir və onun evinə gəlmir. Bu, insanın xislətindədir. Gərək, o qədər kamil olasan ki, ölümü hər an, gözlə qaş arasında hiss edəsən. Özünü buna psixoloji hazırlamalısan, yaddaşında saxlamalısan”.

V. Rəşidovanın fikrincə, ölümü xatırlama da hər adamın işi deyil:

“Çünki insan daxili qorxudan bunu xatırlamaq istəmir. Lakin ona dəlalət vermir ki, insanı ancaq ölümündə xatırlayasan, onun haqqında danışasan. Bu, sadəcə təqlid formasıdır.

Məsələn, bir sayt vəfat edən tanınmış şəxs haqqında yazırsa, “güzgü effekti”nin nəticəsi olaraq, digər saytlar da başlayır o şəxsin həyatından, bioqrafiyasından yazmağa. “Güzgü effekti” bir neçə gün sonra unudulur. Ona görə ki, insanın xislətində, xarakterində unutqanlıq mövcuddur. İnsan yaxınını itirsə belə, bir müddətdən sonra onu unudur.

Psixologiyada “40 gün mistikası” anlamı var. Uşaq doğulur, “40”-ı çıxır, insan ölür, “40”-ı çıxır və s.

İnsan xisləti unutqan olduğuna görə, bu kimi davranışları göstərir və məhz öldükdə həmin insanı xatırlamağa başlayır:

“Peşmançılıq hissi başlayır: kaş xətrinə dəyməzdim, onu incitməzdim. Bəs Bu, əslində, peşmançılıq hissidir.

Bütün insanlarda itirmə qorxusu var. Buna görə bunu düşünmək istəmir. İtirdikdən sonra isə artıq başlayır onun haqqında danışmağa, onu yad etməyə. Bu insanın xislətidir və dünya belə gəlib, belə də gedəcək”.