backend

Deputat Vüqar İskəndərov vətəndaş qəbulu keçirdi - FOTOLAR

Vüqar İskəndərov vətəndaş qəbulu keçirib. 

Qaynarxett.az xəbər verir ki, deputat Vüqar İskəndərov Şəkidə növbəti vətəndaş qəbulu keçirib
Seçicilərlə görüş zamanı sakinlərin müraciətləri dinlənilib və deputatın gördüyü işlər barədə məlumat verilib.

Qəbulda seçicilər onları maraqlandıran məsələlərlə bağlı müraciətlər ediblər. Müraciətlər qeydə alınaraq həlli üçün müvafiq addımlar atılıb.

Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı üzrə yönləndirilib.
Sonda qəbulda iştirak edən vətəndaşlara deputatın gördüyü işlərlə tanışlıq məqsədi ilə hesabat təqdim olunub.