backend

Deputat Azər Kərimli Zaqatalanın kəndlərində seçicilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Azər Kərimli Zaqatala rayonunun Mazıx və Uzunqazmalar kəndlərində sakinlərlə görüşlər keçirib.

Qaynarxett.az xəbər verir ki, görüşlər zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sakinlər tərəfindən səsləndirilən bəzi müraciətlər yerindəcə həllini tapıb. Digər müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə araşdırılması və həlli istiqamətində müvafiq addımların atılması üçün nəzarətə götürülüb.
Deputat Azər Kərimli sakinləri maraqlandıran məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlarla əlaqəli şəkildə iş aparılacağını bildirib.
Görüşlər çərçivəsində kəndlərin sosial və məişət problemləri, eləcə də sakinlərin digər məsələlərlə bağlı müraciətləri diqqətdə saxlanılıb.
Bu cür görüşlərin keçirilməsi seçicilərin problemlərinin birbaşa dinlənilməsi və onların həlli istiqamətində operativ tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.