backend

Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır… – Deputat

Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas gündəliyini dövlət rəhbərləri müəyyən edir və danışıqlar da məhz onların rəhbərliyi ilə aparılır. Bu baxımdan, siyasi partiyalar arasında mümkün dialoq məsələsinə də ilk növbədə dövlət rəhbərliyinin mövqeyi və qərarı əsasında yanaşılmalıdır.

Bunu Sosdem.az-a Azərbaycan və Ermənistan siyasi partiyaları arasında imkan verilə biləcək potensial dialoq, cəmiyyətlərarası etimadın qurulması və sülh prosesində siyasi qüvvələrin rolunu şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevdeyib.
“Sülh Yalnız İmzalanan Sənəddən İbarət Deyil…”
MCP başqanı sülhün davamlılığı üçün ictimai və siyasi institutların dəstəyinin əhəmiyyətini vurğulayıb:
“Əgər rəhbərlik hesab etsə ki, sülhün möhkəmləndirilməsi, cəmiyyətlər arasında etimadın artırılması və qarşılıqlı anlaşmanın formalaşdırılması üçün siyasi partiyaların töhfə verməsi məqsədəuyğundur, əlbəttə, biz belə bir təşəbbüsə qoşulmağı müzakirə edə bilərik. Çünki sülh yalnız dövlətlər arasında imzalanan sənəddən ibarət deyil. Onun davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir. Amma siyasi partiyaların bu prosesdə hansı formada və hansı çərçivədə iştirak edəcəyini müəyyən etmək bizim deyil, ilk növbədə sülh gündəliyini formalaşdıran dövlət rəhbərliyinin səlahiyyətindədir”.
“Üzərimizə Düşən Məsuliyyəti Yerinə Yetirməyə Hazırıq…”
Millət vəkili partiyasının bu istiqamətdəki prinsipial və konstruktiv mövqeyini ifadə edib:
“Bizim mövqeyimiz aydındır: əgər dövlət rəhbərliyi siyasi partiyaların da sülhün möhkəmləndirilməsinə töhfə verməsini məsləhət və məqsədəuyğun hesab edərsə, Azərbaycan siyasi partiyaları olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə və bu prosesə konstruktiv töhfə verməyi nəzərdən keçirə bilərik. Amma siyasi partiyaların bu prosesdə hansı formada və hansı çərçivədə iştirak edəcəyini müəyyən etmək dövlət rəhbərliyinin səlahiyyətindədir”.