Qaynarxett.az xəbər verir ki, bunu İmişli rayonunada operativ səfərdə olan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev mövcud vəziyyəti şərh edərkən deyib.
Millət vəkili təbii fəlakət bölgəsində sakinlərlə görüşərək onların narahatlıqlarını dinlədiyib:
“İmişlinin Məmmədli və Əlyetməzli kəndlərinə səfər edərək, su basmış əkin sahələrinə yerində baxış keçirdim. Kənd sakinləri ilə görüşdüm, onların qayğılarını və gözləntilərini özlərindən dinlədim. İnsanların əməyi və məhsulu suyun altında qalıb, bu da ailə büdcələrinə və rayonun kənd təsərrüfatına ağır zərbədir. Səsləndirilən problemləri və təklifləri rəsmi şəkildə aidiyyəti dövlət qurumlarına çatdıracam ki, zərərçəkmiş vətəndaşlara lazımi dəstək göstərilsin.”



















