backend

Fatma Yıldırım seçicilərlə onlayn vətəndaş qəbulu keçirib – FOTO

Milli Məclisin deputatı Fatma Yıldırım sentyabrın 24-də Bərdə rayonundan olan seçicilərlə növbəti onlayn vətəndaş qəbulunu keçirib.

Qaynarxett.az xəbər verir ki, onlayn görüş zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər, mövcud problemlər və təklifləri dinlənilib.
Görüşdə səsləndirilən müraciətlər üzrə fikir mübadiləsi aparılıb, hər bir müraciət qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və mümkün həlli istiqamətində nəzarətə götürülüb.
Deputat bildirib ki, seçicilərin müraciətlərinin dinlənilməsi və onların qaldırdıqları məsələlərin aidiyyəti qurumlar qarşısında diqqətə çatdırılması istiqamətində işlər davam etdirilir.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən Bərdə sakinləri 055 420 80 40 və 020 205 00 95 nömrələri ilə əlaqə saxlaya bilərlər.