Qaynarxett.az xəbər verir ki, qəbul deputatın vətəndaş qəbulu cədvəlinə uyğun olaraq təşkil olunub.
Görüş zamanı kənd sakinlərinin müraciətləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşları maraqlandıran məsələlərlə bağlı müvafiq izahatlar verilib.
Qəbulda qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında müvafiq məsələlərin qaldırılması və müraciətlərin nəticələrinin diqqətdə saxlanılması qeyd olunub.
Deputat Müşfiq Məmmədli seçicilərlə bu cür görüşlərin mütəmadi davam etdirilməsinin vacibliyini vurğulayıb.
















