"Dağ-mədən və metallurgiya sənayesi hər bir ölkə üçün vacib, eyni zamanda kifayət qədər böyük maliyyə tutumlu ağır sənaye sahəsidir. Bu kimi xammal ehtiyatlarına malik ölkələrdə dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı istiqamətlərindən birini təşkil edir və ümumi daxili məhsulun formalaşmasında əhəmiyyətli rol oynayır".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O, bildirib ki, Azərbaycanın malik olduğu təbii sərvətlər ölkəmizdə bu sahənin əsaslı şəkildə inkişaf etdirilməsinə imkan verir:
"Məhz buna görə də Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı imzalayıb. Dünyanın Azərbaycanı əsasən neft-qaz ölkəsi kimi tanıdığı halda, ölkədə dağ-mədən sənayesinin qurulması və inkişaf etdirilməsi gələcəyə hesablanmış strateji addımdır. Bu, milli iqtisadiyyatın diversifikasiyasına və neft-qaz asılılığının azaldılmasına xidmət edə bilər. Bu sənaye sahəsinin müasir elmi-texnoloji yeniliklər əsasında inkişaf etdirilməsi Azərbaycanın dünyada iqtisadi imkanlarının daha geniş tanınmasına səbəb ola bilər. Bu, Azərbaycanın qlobal iqtisadi sistemdəki mövqeyini daha da möhkəmləndirə, ölkənin qlobal bazardakı rolunu və nüfuzunu artıra bilər. Dövlət Proqramında nəzərdə tutulan layihələrin həyata keçirilməsi, heç şübhəsiz, dövlət büdcəsinə də öz töhfəsini verə bilər. Son nəticədə Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq əlavə gəlirlər dövlətin iqtisadi-sosial siyasətində öz əksini taparaq əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edə bilər. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində yer alan məqsəd də məhz bundan ibarətdir".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






