Seminarın əsas məqsədi – yeni texnologiyaların inkişafının qlobal təhlükəsizlik və sülh proseslərinə təsirini müzakirə etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Qaynarxett.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevin də iştirak etdiyi tədbirdə müxtəlif ölkələrdən ekspertlər, tədqiqatçılar və təhlükəsizlikğ sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak edir. Onlar süni intellekt, kibertəhlükəsizlik, robot texnologiyaları və digər innovasiyaların gələcəkdə sülh və sabitlik üçün yarada biləcəyi çağırışlar barədə fikir mübadiləsi aparırlar.
Seminar çərçivəsində, həmçinin yeni texnologiyaların məsuliyyətli istifadəsi və etik tənzimlənməsi üzrə təkliflərin hazırlanması da nəzərdə tutulur. PfP Konsorsiumu bu kimi tədbirlərlə beynəlxalq səviyyədə dialoqu və təhlükəsizlik sahəsində elmi əməkdaşlığı təşviq edir.







