Qaynarxett.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonuna növbəti səfəri zamanı bildirib.
Xalqla iç-içə…
Millət vəkili səfər çərçivəsində rayon mərkəzi ilə yanaşı, ən ucqar kəndlərdə də olub. Ənənəvi iş üslubuna sadiq qalan Razi Nurullayev sakinlərin evlərinə qonaq gedib, onlarla bir süfrə arxasında əyləşərək qayğılarını, çətinliklərini və təkliflərini dinləyib. Həmçinin, deputat rayondakı yas məclislərində iştirak edərək vətəndaşların kədərini bölüşüb, onlara mənəvi dəstək olub.
“Torpaq işlənmək, zəhmət isə dəyərləndirilmək istəyir”
Kəndlərin iqtisadi potensialına toxunan MCP başqanı qeyd edib ki, düzgün dəstək mexanizmləri qurularsa, bölgələr ölkə iqtisadiyyatının onurğa sütununa çevrilə bilər:
“Hər həyətdə bir həyat ritmi, hər sahədə bir ümid cücərir. İnsanların danışığında güclü bir iradə və gələcəyə inam var. Kəndlərimizdə böyük potensial mövcuddur, sadəcə insanlara daha çox dəstək olmaq lazımdır. Torpaq işlənmək, zəhmət isə kəndlinin simasında dəyərləndirilmək istəyir. Əgər bu zəncir düzgün qurularsa, həm kəndlərimiz dirçələcək, həm də dövlətimizin iqtisadi dayaqları daha da möhkəmlənəcək”.

















