Prezidenti İlham Əliyevin YAP VIII Qurultayındakı proqram xarakterli çıxışı ölkənin yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində gələcək inkişaf prioritetlərini müəyyən edib.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili dövlət başçısının regionda və dünyada gedən mürəkkəb geostrateji proseslər fonunda ordunun gücləndirilməsi ilə bağlı mesajlarının həyati əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu gün dünyada beynəlxalq hüquq mexanizmlərinin sıradan çıxdığı, perimetrimiz üzrə münaqişə ocaqlarının alovlandığı bir şəraitdə bizim bir nömrəli vəzifəmiz hərbi gücümüzü davamlı olaraq artırmaqdır. Dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinə təqribən 9 milyard manat vəsaitin ayrılması Azərbaycanın öz müstəqilliyini və sülh şəraitini istənilən xarici təhdiddən qorumaq iradəsinin bariz göstəricisidir. Biz hər zaman potensial təxribatlara cavab verməyə hazır olmalı və düşməndən qat-qat üstün mövqeyimizi saxlamalıyıq”.
MCP başqanı fiziki sərhədlərin qorunması ilə yanaşı, ölkə daxilində ideoloji risklərin neytrallaşdırılmasının və suveren xarici siyasətin vacibliyini diqqətə çatdırıb:
“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik dərəcəsində önəmlidir. İnternet, kiberhücumlar və xaricdən yönləndirilən azərbaycandilli resurslar vasitəsilə cəmiyyətimizə, xüsusən gənclərimizə qarşı aparılan ideoloji təxribatların qarşısı milli-mənəvi dəyərlərimiz, keyfiyyətli təhsil və vətənpərvərlik tərbiyəsi ilə alınmalıdır. Azərbaycan heç bir xarici diktəyə boyun əyməyən, heç bir siyasi düşərgədən asılı olmayan müstəqil orta güc dövlətidir. Biz öz resurslarımıza, iqtisadi potensialımıza və xalqımızın birliyinə söykənərək ləyaqətli siyasət yürüdürük. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın sözü imzamız qədər dəyərlidir və bu etibarlılıq ölkəmizi qlobal müstəvidə vazkeçilməz geosiyasi faktora çevirib”.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət



