backend

Müşfiq Məmmədli Kolumbiya əl işləri sərgisinin açılışında iştirak edib – FOTO

Milli Məclisin deputatı Müşfiq Məmmədli Kolumbiya Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan “Tamo Sənəti: Azərbaycanda Kolumbiya Əl İşləri Ənənəsi” adlı sərginin açılışında iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbirdə Kolumbiyanın zəngin sənətkarlıq ənənələrini əks etdirən müxtəlif əl işləri nümayiş etdirilib.
Sərgidə Kolumbiyanın Nariño bölgəsinin Pasto şəhərindən olan ənənəvi emalatxana “Artesanías Daniel Dela Cruz” tərəfindən hazırlanmış unikal əl işləri təqdim olunub.
Sərginin keçirilməsində məqsəd Kolumbiyanın milli sənətkarlıq nümunələrini Azərbaycan ictimaiyyətinə tanıtmaq, iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verməkdir.