Qaynarxett.az xəbər verir ki, vətəndaş qəbulu Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatında baş tutub. Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.
Qaldırılan məsələlərin bir qismi ilə bağlı vətəndaşlara müvafiq məlumatlar verilib və mümkün həll yolları izah olunub. Əlavə araşdırma və aidiyyəti qurumların müdaxiləsini tələb edən müraciətlər isə qeydiyyata alınıb.
Bildirilib ki, müraciətlər üzrə məsələlərin həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə əlaqə saxlanılacaq və vətəndaşların qaldırdığı problemlərin araşdırılması istiqamətində müvafiq addımlar atılacaq.
Vətəndaş qəbulu zamanı sakinlərin müraciətlərinin dinlənilməsi və onların problemlərinin həlli istiqamətində tədbirlərin görülməsi diqqətdə saxlanılıb.







