backend

Ülviyyə Həmzəyeva Çeşməbasar və Güznüt seçiciləri ilə növbəti görüşünü keçirdi - FOTOLAR

Azərbaycan Respublikasında vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin oktyabr ayı üçün təsdiqlənmiş qəbul cədvəlinə uyğun olaraq, Babək rayonunun Çeşməbasar kəndlərində, Çeşməbasar və Güznüt kənd sakinləri ilə növbəti seçici görüşü keçirilib.

Qaynarxett.az xəbər verir ki, görüş İcra Nümayəndəliyinin binasında baş tutub. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Babək Rayon Təşkilatının sədr müavini Elvin Əliyev iştirak edib.
Kənd sakinləri ilə görüş zamanı əsasən aşağıdakı problemlər diqqətə çatdırılıb: ünvanlı sosial yardımın verilməsi, işsizliklə bağlı çətinliklərin aradan qaldırılması, kənddə su problemlərin mövcudluğu, kəndin mərkəzi yollarının bərpası, Çeşməbasar kənd ərazisində işıq transformatorlarının ayırıcı qurğunun olmaması səbəbindən elektrik xətlərində iş görülən vaxt bütün kəndin işığının kəsilməsi, uşaq bağçasının olmaması, bankomat terminalının quraşdırılması, kənddə avtobus dayanacağının olmaması, kənd ərazisindən yuxarıda yaşayan məhəlləyə içməli suyun düzgün bölünməməsi və bir nəfərin yol probleminin olması məsələləri müzakirə olunub.
Çeşməbasar kənd sakinləri tərəfindən - valideyinlərin məktəblə bağlı müraciətlərini nəzərə alaraq, məktəbdə olduq və nəmişlik problemlərinin olduğunu gördük. Məktəb ətrafında drenajın qazılması problemin həlli olacağını bildirdilər.
Qaldırılan bütün müraciətlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb və müvafiq dövlət qurumlarına yönləndirilib. Vətəndaşlara bildirilib ki, məsələlərin operativ həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin və torpaq bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb və siyasi-tarixi əhəmiyyətinə toxunulub.
Vurğulanıb ki, Azərbaycan güclü, demokratik və hüquqi dövlət olaraq vətəndaş rifahını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və məqsəd vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Çeşməbasar və Güznüt kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.