Kənd sakinləri əməkdaşımızla söhbəti zamanı bildiriblər ki, elektrik xətlərindəki problemə görə əkinlərini də suvara bilmirlər. Çünki su mühərrikləri – artezianlar işləmir. Bununla bağlı kənddə şəbəkənin nəzarətçisinə müraciət etsələr də, o, da sakinlərin şikayətini qulaqardına vurur.
Daha bir problem isə kəndin yeni yaşayış massividir. Altmış evin yerləşdiyi ərazidə dəfələrlə müraciət olunmasına baxmayaraq yeni transformator quraşdırılmır. Sakinlər bununla bağlı dəfələrlə “Azərişıq” ASC müraciət etdiklərini bildirirlər. Lakin məktublar Cəlilabad Elektrik Şəbəkəsinə yönləndiriləndən sonra problem həllini tapmayıb.
Çox təəssüflər olsun ki, Cəlilabad Elektrik Şəbəkəsi yazılan şikayətlərə də laqeyd münasibət bəsləyir.
Sual olunur: Bəs, insanları dövlətdən narazı salmaq nə qədər doğrudur? Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəisi Rafael Məmmədov yəqin bu suala cavab tapılacaq… Biz gözləyirik, siz də gözləyin cəlilabadlılar...
Qaynarxett.az