backend

Sevinc Hüsevnova qəbul keçirdi - FOTO

Milli Məclisin deputatı Sevinc Hüseynova qəbul keçirdi.

Qaynarxett.az xəbər verir ki, deputat vətəndaşların növbəti qəbulunu Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının inzibati binasında və rayonun Daryurd kəndində keçirdik.

Görüş zamanı vətəndaşlar onlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan avtomobil yolunun əsaslı təmirinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və Daryurd kəndinin də qazlaşdırılması ilə bağlı aidiyyatı üzrə məsələ qaldırılmasını xahiş etdilər.
Elektrik təchizatının yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə bağlı da müraciətlər oldu.
Qəbulda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak etdi.