backend

Deputat Fatma Yıldırım müəllimləri təbrik etdi

Milli Məclisin deputatı Fatma Yıldırım müəllimlər günü ilə bağlı  paylaşım edib.

Qaynarxett.az deputatın paylaşımını təqdim edir.

Əziz müəllimlər,

Bu gün – Müəllimlər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən dərin hörmət və minnətdarlığımı bildirirəm. Mən özüm müəllim ailəsində böyümüşəm və bu peşənin necə böyük zəhmət, fədakarlıq, eyni zamanda sevgi və əqidə tələb etdiyini çox yaxşı anlayıram.
Sizin hər biriniz ölkəmizin gələcəyini formalaşdıran əsl memarlarsınız. Verdiyiniz bilik, göstərdiyiniz diqqət və tərbiyə hər bir şagirdin həyatında silinməz iz qoyur. Cəmiyyətin inkişafında, vətəndaşların yetişməsində müəllimin rolu danılmazdır.
Ən çətin zamanlarda belə əlinizi üzmədən öyrətmək, ruhlandırmaq və yol göstərmək kimi müqəddəs vəzifəni layiqincə daşıyırsınız.
Sizə möhkəm can sağlığı, ailə səadəti və işinizdə daim uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

Hörmətlə,
Fatma Yıldırım
Milli Məclisin deputatı