backend

Türkiyə MN Zəfər Günü ilə bağlı paylaşım etdi – Foto

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Turantv.az  xəbər verir ki, bu barədə Türkiyə MN-in sosial şəbəkə hesabında təbrik paylaşımı edilib.

“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü qutlu olsun. 2 il öncə qəhrəman mübarizə ilə öz torpaqlarını işğaldan qurtaran və bütün dünyaya Azərbaycanın gücünü göstərən qardaşlarımızla kədərdə və sevincdə bir və bərabər olmağa davam edəcəyik” , – təbrikdə deyilib.