backend

Pərvin Kərimzadə GDU-ya qəbul olan yüksək nəticəli gənclərlə görüşüb – FOTO

Milli Məclisin deputatı Pərvin Kərimzadə 2026/2027-ci tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinin tələbəsi adını qazanan gənclərlə görüşüb.

Qaynarxett.az xəbər verir ki, görüş zamanı deputat tələbə adını qazanan gənclərin sevincini bölüşüb, onların təhsil, gələcək planları və arzuları ilə maraqlanıb. Gənclərlə səmimi fikir mübadiləsi aparılıb, qarşıdakı tələbəlik illəri ilə bağlı düşüncələri dinlənilib.
Pərvin Kərimzadə gəncləri əldə etdikləri uğur münasibətilə təbrik edərək, onlara təhsil həyatlarında uğurlar arzulayıb.
Deputat bildirib ki, yüksək nəticə göstərərək ali məktəbə qəbul olmaq gənclərin həyatında mühüm mərhələlərdən biridir və onların qarşısında yeni imkanlar açır.
“İnanıram ki, qarşıda sizi daha böyük uğurlar gözləyir”, – deyə Pərvin Kərimzadə qeyd edib.
Görüşün sonunda tələbələrə tələbəlik illərində bol nailiyyətlər, yeni uğurlar və yaddaqalan gözəl xatirələr arzulanıb.