backend

Fariz İsmayılzadə Lənkəranda uşaqları Bilik Günü münasibətilə təbrik edib

Milli Məclisin deputatı Fariz İsmayılzadə Lənkəran rayonunda uşaqlarla görüşərək onları 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib.

Qaynarxett.az​​​ xəbər verir ki, görüş zamanı deputat yeni dərs ilinin başlanması münasibətilə məktəblilərə uğurlar arzulayıb, onların təhsildə əldə edəcəkləri nailiyyətlərin ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Fariz İsmayılzadə uşaqlara sağlam, uğurlu və yaddaqalan tədris ili arzulayıb, onları elmə və biliyə daha böyük maraq göstərməyə çağırıb.
Görüşdə məktəblilərlə səmimi söhbət aparılıb, onların arzu və istəkləri dinlənilib.
Deputat uşaqların hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları üçün xoş və səmimi anlarla yadda qalıb.
Fariz İsmayılzadə bütün məktəbliləri 15 Sentyabr – Bilik Günü münasibətilə bir daha təbrik edib, onlara yeni tədris ilində yüksək nəticələr və bol uğurlar arzulayıb