backend

Fariz İsmayılzadə Lənkəranda uşaqlar üçün təşkil olunan yay məktəbinin sertifikat mərasimində iştirak edib

Milli Məclisin deputatı Fariz İsmayılzadə Lənkəranda uşaqlar üçün təşkil olunan yay məktəbinin yekununa həsr olunmuş sertifikat təqdimetmə mərasimində iştirak edib.

Qaynarxett.az xəbər verir ki, yay məktəbi çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşlərinin genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə maarifləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Sertifikat mərasimində çıxış edən Fariz İsmayılzadə uşaqların inkişafına yönəlmiş bu cür layihələrin əhəmiyyətindən danışıb. Deputat iştirakçıları yay məktəbini uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.
Tədbir zamanı yay məktəbində iştirak edən uşaqlara sertifikatlar təqdim olunub, onların təəssüratları dinlənilib və xatirə şəkilləri çəkdirilib.
Fariz İsmayılzadə uşaqların hərtərəfli inkişafının, onların müxtəlif layihə və təşəbbüslərə cəlb edilməsinin vacibliyini vurğulayıb.