backend

Sevinc Hüseynova Gədəbəydə seçicilərlə görüşüb - FOTO

Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunda seçicilərlə növbəti görüşlərini keçirib.

Qaynarxett.az xəbər verir ki, deputat Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının inzibati binasında və rayonun Düzyurd kəndində vətəndaş qəbulu keçirib, seçicilərin müraciət və problemlərini dinləyib.
Görüşlər zamanı vətəndaşların əsasən sosial məsələlər, məşğulluq, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, eləcə də digər yerli problemlərlə bağlı müraciətləri qəbul edilib.
Sevinc Hüseynova səsləndirilən məsələlərin aidiyyəti qurumlara çatdırılması və qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Qəbul və görüşlərdə Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.
Deputat seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin, onların müraciətlərinin birbaşa dinlənilməsinin və qaldırılan məsələlərin həlli istiqamətində iş aparılmasının vacibliyini vurğulayıb.