backend

Deputat Sevinc Hüseynova Milli Qəhrəmanın vəfat edən anasının ailəsinə başsağlığı verib – FOTO

Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polis leytenantı İlham Müzəffər oğlu Əliyevin ailəsini ziyarət edib.

Qaynarxett.az xəbər verir ki, deputat Milli Qəhrəmanın anası Sona xanım Əliyevanın vəfatı ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verib, mərhumənin yaxınlarının kədərini bölüşüb.
Sevinc Hüseynova bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanların ailələri hər zaman dövlətin və cəmiyyətin diqqətindədir. O, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb.
Qeyd edək ki, polis leytenantı İlham Müzəffər oğlu Əliyev 19 avqust 1990-cı ildə Qazax rayonunun Əskipara kəndində gedən döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. O, göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gədəbəy şəhər 1 nömrəli tam orta məktəbi Milli Qəhrəman İlham Əliyevin adını daşıyır.
2013-cü ildə Milli Qəhrəmanın həyatından və şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilib.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Allah Sona xanım Əliyevaya rəhmət eləsin, bütün şəhidlərimizin ruhu şad olsun!