Qaynarxett.az xəbər verir ki, görüş zamanı rayon sakinlərinin müraciət və problemləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seçicilər əsasən sosial, məişət, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini deputata çatdırıblar.
Fariz İsmayılzadə vətəndaşların müraciətlərini diqqətlə dinləyib, səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla əlaqə saxlanılmasının və zəruri addımların atılmasının vacibliyini vurğulayıb.
Qəbul zamanı həlli deputatın səlahiyyətləri çərçivəsində mümkün olan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilmək üçün qeydə alınıb.
Deputat bildirib ki, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin yerindəcə öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərilməsi əsas prioritetlərdəndir.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib və onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.









